“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta "İnter" və Türkiyə millisinin mərkəz yarımmüdafiəçisi Hakan Çalhanoğlunun çıxışından danışıb.
Sportal.az “FCInter1908” portalına istinadən xəbər verir ki, Kostakurta “Milan”ın da formasını geyinmiş türkiyəli barədə xoş sözlər deyib:
“Hakan Çalhanoğlu hazırda "Mançester Siti"nin futbolçusu Rodridən sonra dünyanın ikinci ən güclü mərkəz yarımmüdafiəçisidir”.
Çalhanoğlu 2020-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "nerazzura"nın heyətində bütün yarışlarda 24 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.