"Qarabağ"ın matçı təxirə salındı

16:34 - 18 Yanvar 2024

Azərbaycan Premyer Liqasının 23-cü turunun "Qəbələ" - "Qarabağ" matçı təxirə salınıb.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib:

"Qarabağ" klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq”.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə üz-üzə gələcək. 

Xəbər xətti