"Benzema ilə müqavilə imzalamaq ən yaxşı seçim olardı"

17:49 - 18 Yanvar 2024

"İnter"in keçmiş qapıçısı Sebastyen Frey "Əl-İttihad"ın fransız hücumçusu Kərim Benzemanın karyerasını hansı klubda davam etmək variantlarından danışıb.

Sportal.az “Football Italia” portalına istinadən xəbər verir ki, veteran qolkiper təcrübəli forvardın "İnter"ə mümkün keçidini dəyərləndirib:

"Benzema ilə “Əl-İttihad”ın münasibətləri pisləşib. O, yanvarda komandanı dəyişə bilər. Benzema ilə müqavilənin mümkünlüyü ilə bağlı suala “hə” cavabını verməyən Marotta (“İnter”in baş direktoru. – Çempionatdan qeyd) haqqında eşitmişəm. Hazırda "İnter"in prioritet məsələsi Aleksis Sançesin gedişidir. Əgər çilili həqiqətən də “İnter”dən ayrılsa, Benzema ilə müqavilə imzalamaq ən yaxşı seçim olardı. Milan klubunda bunun üçün lazım olan hər şey var”.

Xatırladaq ki, Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçmişdi. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Daha əvvəl Benzemanın Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istəməsi haqda məlumat yayılmışdı.

Frey karyerası ərzində "Kan", "İnter", "Verona", "Parma", "Fiorentina", "Cenoa", "Bursaspor" klublarında oynayıb.

Xəbər xətti