Miodraq Bojoviç deyib ki, "Neftçi"ni istədiyi hazırlıq səviyyəsinə gətirməsi üçün vaxta ehtiyacı var - düz 6 həftə. "Neftçi" pik formasına məhz bu vaxtın tamamında çatmalıdır.
Gəldiyi gündən komandada pozitiv əhval-ruhiyyə yaradan mütəxəssis rəngarəng məşqləriylə də futbolçuların ovqatına müsbət təsir göstərir. Bojoviçin nəzərdə tutduğu 6 həftə böyük ehtimalla fiziki yükləmələrlə bağlıdır. İşlədiyi komandaların hamısında bu məqama xüsusi diqqət yetirən çernoqoriyalı mütəxəssis "Neftçi"də də buna həssas yanaşır.
Yeri gəlmişkən, apardığımız araşdırmalara əsasən deyə bilərik ki, ona qədər iş başında olan Mutunun ən axsayan cəhəti komandanı məhz fiziki cəhətdən yaxşı hazırlaya bilməməsi olub. Axı, müasir futbolda önəmli məsələlərdən biri də futbolçulara verilən yükləmələrin qədərini düzgün müəyyənləşdirməkdən ibarətdir. Yükləmə çox da olsa problemdir, az da olsa. Birinci halda ayaqlar dolur, futbolçular yorğun təsir bağışlayırlar. İkinci halda isə 90 dəqiqə başabaş mübarizə aparmaq üçün güc çatmır futbolçuda. Mutu bu baxımdan futbolçuları həddən artıq çox yükləyirdi, yükləmənin dozasını düzgün müəyyənləşdirə bilmirdi.
Təxminən ay yarımdan sonra Bojoviçin işinə qiymət verə biləcəyik. Çernoqoriyalı mütəxəssis sələfinin 6 aya görə bilmədiyini 6 həftəyə gerçəkləşdirməyə çalışacaq.
Həmid
saytlarin hazirlanmasi