"Neftçi"nin legioneri ilə Rusiya klubu maraqlanır

19:45 - 18 Yanvar 2024

"Neftçi"nin legioneri Kilan Lebon karyerasını başqa ölkədə davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçunun xidmətində “Rostov” maraqlıdır. Premyer Liqa təmsilçisi Kilanla rəsmi müqavilə imzalamaq niyyətindədir.

Lakin hələ ki, bu keçidin baş tutub-tutmaması dəqiqləşməyib. Məsələ burasındadır ki, “Neftçi” özü də Lebonun xidmətində maraqlıdır.

Onun “ağ-qaralar”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Lebon karyerası ərzində “Paris”, “Şambli”, “Yonq Utrext”, “Kretey”, “Qazelle Ayaçço”, “Beroe”, “Astana” komandalarında oynayıb.

Xəbər xətti