Ötən həftə Vəli Qasımov sevindirici xəbər alıb.
Sportal.az "Sport24"ə istinadən xəbər verir ki, veteran futbolçuya dövlət tərəfindən ev verilib.
İki otaqlı mənzilin açarlarını ona gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Qeyd edək ki, 55 yaşlı mütəxəssis futbolçu karyerası ərzində Rusiya, İspaniya, Portuqaliya kimi ölkələrdə müxtəlif klubların formasını geyinib.
Məşqçi kimi Azərbaycanın müxtəlif yaş qrupu üzrə millilərini, "Neftçi"ni çalışdıran Qasımov hazırda "Şamaxı" Futbol Akademiyasının rəhbəridi.
saytlarin hazirlanmasi