Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisinə Hikmət Karaman rəhbərlik edəcək.
63 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Hikmet Karaman bu vəzifədə bir müddət əvvəl postundan uzaqlaşdırılmış Patrik Klyuverti əvəzləyib.
Karaman isə son olaraq iki il əvvəl "Kayserispor"u çalışdırıb.
saytlarin hazirlanmasi