Diniyevin komandası "Qalatasaray"a uduzdu

00:07 - 19 Yanvar 2024

Türkiyədə ölkə kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” səfərdə “Qalatasaray”la qarşılaşıb və rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Diniyev meydana start heyətində çıxıb və sona qədər oynayıb. Sertan Taşkının oynadığı “Manisa” isə "Trabzonspor"un qonağı olub. Azərbaycanlı futbolçunun komandası səfərdə məğlubiyyətlə üzləşib - 1:3. Taşkının adı heyətə daxil edilsə də, meydana buraxılmayıb.

Beləliklə, "Ümraniyespor" və "Manisa" Türkiyə kubokundakı iştirakını başa vurub.

Xəbər xətti