"Düzünü desəm, Rusiya klublarından birindən təklif almışdım. Yəni, ora yollanmaq ehtimalım var idi. Lakin "Araz-Naxçıvan"a keçməyə, Azərbaycanda qalmağa üstünlük verdim. Mənə göstərilən etimada görə təşəkkür edirəm. Çalışacam ki, etimadlarını doğruldum".
Bu sözləri Sportal.az saytına açıqlamasında İldar Alekperov deyib.
Müqavilə ilə "Sabah"a məxsus olan İldar mövsümün sonuna qədər "Araz-Naxçıvan"a icarəyə verilib. 22 yaşlı vinger "Araz-Naxçıvan" haqda xoş sözlər deyib:
"Bu komandaya keçdiyim üçün demirəm, amma həqiqətən də "Araz-Naxçıvan"ın oyununu çox bəyənirəm. Layiqli futbol nümayiş etdirirlər. Öz oyunumla komandaya xeyir verəcəyimə inanıram. Məqsədim futbol oynayıb, futbolçu kimi də inkişaf etməkdir".
Mirbağırağa
saytlarin hazirlanmasi