Mali milli komandasının iki futbolçusu malyariya xəstəliyinə yoluxub.
Sportal.az “Actu Cameroun”a istinadən xəbər verir ki, bunlar “Tottenhem”in yarımmüdafiəçisi İve Bissuma və “Tuluza”nın müdafiəçisi Mussa Diarradır.
Hazırda hər iki futbolçunun xüsusi nəzarət altında müalicəsi davam etdirilir.
Onların yanvarın 20-də Afrika Millətlər Kuboku çərçivəsində Tunisə qarşı keçiriləcək oyuna qədər sağalacağı ehtimal edilir.
Qeyd edək ki, Mali millisi qrupda ilk görüşündə Cənubi Afrika Respublikasına qalib gəlib(2:0). Qrupda Namibiya yığması da yer alıb.
saytlarin hazirlanmasi