"Miodraq Bojoviçin “Neftçi”yə baş məşqçi təyinatı məni sevindirdi. Məncə, o, “Neftçi" üçün çox yaxşı seçimdir. Çünki onun necə mütəxəssis olduğunu bilirəm. Çox yaxşı baş məşqçidir. Bunu zamanla görəcəksiz. Rusiya Premyer Liqada çox yaxşı klublarda işləyib. “Srvena Zvezda” kimi böyük klubun da çalışdırıcısı olub. İnanın, "Neftçi" üçün çox səviyyəli məşqçidir. Özüm buna çox inanıram. “Neftçi”də yaxşı işlər görəcək”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Boban Baykoviç deyib. “Neftçi”nin sabiq qapıçısı həmyerlisi barədə xoş sözlər bildirib.
Hazırda BƏƏ-nin “Əl-Vasl” klubunda çalışan monteneqrolu sabiq qolkiper özü də, “Neftçi”də çalışmaq istədiyini söyləyib:
“Hazırda Dubayın “Əl-Vasl" klubunda işləyirəm. Ona görə də, hazırda “Neftçi”də işləməyim alınmaz. Amma gələcəkdə, 3-4 ildən sonra niyə də olmasın? Bəlkə də, "Əl-Vasl"dan ayrıldıqdan sonra bu baş verər. Çünki mən "Neftçi"ni sevirəm və orada oynadığım dönəmdə də, işimi sevərək yerinə yetirmişəm. "Srvena Zvezda" və "Neftçi" kimi böyük klubların futbolçusu olmuşam. Buna görə xoşbəxtəm. İnanıram ki, nə vaxtsa özüm də bu klubda işləyəcəm".
Qeyd edək ki, 2004-2014-cü illərdə “Srvena Zvezda”nın qapısını qorumuş 38 yaşlı veteran qapıçı 2016-2017-ci illərdə “Neftçi”də çıxış edib. O, “Srvena Zvezda”, “Kayserispor”, “Denizlispor”, “Olimpiya”(Lyublyana) klublarında millimizin sabiq çalışdırıcısı Robert Prosineçkinin köməkçisi olub. Hazırda isə Boban “Əl-Vasl”ın qapıçılar üzrə məşqçisidir.
Mirbağırağa
saytlarin hazirlanmasi