Fransanın U-21 yığmamızın sabiq üzvü Adama Diakabinin “Qarabağ”da qalmaq ehtimalı yüksəlib.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin vinger axtarışları müsbət yekunlaşmasa, fransalını ən azından mövsümün sonuna qədər komandada qalacaq.
Hazırda Azərbaycan çempionu bir neçə vingerlə danışıq aparır. Lakin hələ ki, onlarla razılıq əldə edilməyib. Adamanın isə “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, ötən ilin yanvar ayında komandaya keçib.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da son müsahibəsində Adama Diakabinin adının avrokuboklar üçün sifariş edilmə ehtimalının yüksək olduğunu bildirmişdi.
saytlarin hazirlanmasi