Millinin sabiq kapitanı ölkəsinə qayıtdı

20:39 - 19 Yanvar 2024

Meksika millisinin sabiq kapitanı Andres Quardado “Betis”i tərk edib. 

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu vətəninə qayıdıb. O, Meksikanın “Leon” klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 

2005-2022-ci illərdə Meksika millisində 179 oyun keçirib, 28 qol vuran Quardado 2017-2024-cü illərdə “Betis”in formasını geyinib.

O, “Deportivo”, “Valensiya”, “Bayer”(Leverkuzen), PSV klublarında da oynayıb.
 

Xəbər xətti