"Tottenhem" İvan Perişiçi icarəyə göndərib.
Sportal.az xəbər verir ki, 34 yaşlı xorvat "Hayduk"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli vinger mövsümün sonuna qədər Xorvatiya klubunda oynayacaq.
Perişiç "Tottenhem"lə 50 oyunda 1 qol, 14 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Tanınmış futbolçu "Soşo", "Brügge", "Borusiyya"(Dortmund), "İnter", "Volfsburq", "Bavariya" kimi komandalarda oynayıb.
saytlarin hazirlanmasi