İstanbul klubunun yeni baş məşqçisi məlum oldu

11:18 - 20 Yanvar 2024

Türkiyənin "İstanbulspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Osman Zeki Korkmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Osman Zeki Korkmaz son olaraq "Manisa"ya rəhbərlik edib. 48 yaşlı məşqçi "İstanbulspor"da dünən istefaya göndərilən Hakan Yakını əvəzləyib.

Xəbər xətti