Renat Dadaşovun baş məşqçisi istefa verir?

17:54 - 20 Yanvar 2024

Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə Super Liqasında 9 oyundur qələbə qazana bilmir.

Sportal.az xəbər verir ki, komanda bu gün "Kasımpaşa"ya səfərdə 0:3 hesabı ilə məğlub olub. Baş məşqçi Volkan Demirel istefa vermək fikrinin olmadığını bildirib:

"Futbolçularımın hamısından məmnunam. Amma onları qane etməyən şərtlər ola bilər. Bu transfer dönəmini yaxşı keçirməliyik. Hazırda çətin durumdayıq. Bir daha təkrar edirəm, mövsümün sonuna kimi buradayam. Komandanı çətin vəziyyətdə qoyub gedə bilmərəm. Rəhbərlik hansı qərarı versə, hörmətlə yanaşacam. Komandanı bu vəziyyətə mən salmışam. Çıxarmaq üçün də əlimdən gələni edəcəm".

Xəbər xətti