"Mançester Yunayted" "Ayaks"ın forvardını transfer edəcək

09:17 - 21 Yanvar 2024

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Ayaks"In forvardı Brayan Brobbini sərəncamında görmək istəyir.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bunun üçün artıq Amsterdam klubu ilə danışqlara start verib.

Mançester təmsilçisi niderlandlı hücumçunu hələ 2023-cü ilin yayında transfer etmək istəyirdi. Amma həmin vaxtı keçid reallaşmamışdı. 53 yaşlı Ten Haq şəxsi münasibətindən istifadə edərək gənc hücumçunu "Mançester Yunayted"ə keçməyə razı salacağına ümid edir. 

2020/2021 mövsümündə Erik Ten Haq “Ayaks”da işləyərkən Brobbini əvəzedici heyətdən əsas komandaya dəvət edib. Brayan "Ayaks"ın heyətində 25 oyun keçirib, 13 qol vurub və dörd məhsuldar ötürmə verib. 
 

Xəbər xətti