"Anrinin sürəti, Messinin texnikası və İnzaqinin bitiriciliyi olsa, yaxşıdır"

15:34 - 21 Yanvar 2024

"Atletiko" və Fransa millisinin hücumçusu Antuan Qrizmann özü üçün xəyalındakı forvardı yaradıb. 

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, fransalı bu cür danışıb:

"Xəyalımdakı forvard? Bekhemin ötürməsi, Busketsin zəkası, Kriştiano Ronaldonun gücünə malik oyunçu. Dözümlülük? Özümün dözümlülüyü bəs edər. Kokenin işgüzarlığı, Tyerri Anrinin sürəti, Messinin texnikası və Filippo İnzaqinin bitiriciliyi olsa, daha yaxşıdır. Mənim üçün ideal forvard bu xüsusiyyətlərə malik olan forvarddır".

Bu mövsüm Antuan Qrizmann "Atletiko"nun heyətində bütün rəsmi turnirlərdə 28 matçda iştirak edib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. 

Xəbər xətti