"Neftçi" ilə matçda göstərdiyi performans çox yaxşı idi"

15:48 - 21 Yanvar 2024

Almaniyanın "Valdhof Manhaym" klubunun baş məşqçisi Rüdiger Rem Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışının yekunu haqda danışarkən, komandaya yeni qoşulan Terrens Boydun “Neftçi”yə qarşı keçirilmiş matçdakı performansına da toxunub.

Sportal.az xəbər verir ki, “Mittelhessen”ə danışan almaniyalı mütəxəssis “ağ-qaralar”la keçirilmiş görüşü belə xatırlayıb:

"Şadam ki, Boyd indi bu cür yaxşı formadadır. Boyd mütləq ən yaxşı oyunçu olmalıdır. Ondan möcüzə gözləyə bilmərik. Amma “Neftçi” ilə matçda göstərdiyi performans çox yaxşı idi. Biz ondan elə bunu gözləyirik".

Qeyd edək ki, “Valdhof Manhaym” bu matçda 3:0 qalib gəlib.

Xəbər xətti