"Səbail" növbəti transferini reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi Ayub Timbe Masika ilə anlaşıb.
Premyer Liqa klubu bu forvardla 1,5 illik müqavilə imzalayıb. Timbe son dəfə "Nanjinq Siti"nin formasını geyinib.
32 yaşlı keniyalı hücumçu “Genk”, “Lyers”, "Ridinq", "Vissel Kobe" və “Buriram Yunayted"də də oynayıb. O, Keniya yığmasının heyətində 24 oyuna 4 qol vurub.
saytlarin hazirlanmasi