"Neftçi"nin forvardı: "Sabah"dan daha üstün oynadıq"

16:49 - 22 Yanvar 2024

“Neftçi”nin hücumçusu Andre Şinyaşiki klubun televiziya kanalına açıqlama verib.

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın aparıcı üzvü komandasının Premyer Liqanın 19-cu turu çərçivəsində “Sabah”la bərabərə (0:0) qalması haqda danışıb:

"Sabah”a qarşı matç çətin oldu. Amma biz rəqibdən üstün futbol oynadıq. Qələbəyə də layiq idik. Lakin sonda bir xalla kifayətləndik”.

O, “Neftçi”dəki performansını da dəyərləndirib: “Komandaya yeni gəlmişdim. Uyğunlaşmaq üçün vaxt lazımdı. “Sabah”la matçda oyunumun yaxşı alınması təkcə mənim əməyim deyil, bu, bütün komandanın işidir. Onların sayəsində işim yaxşı göründü. Hansı mövqedə oynamağıma gəlincə, baş məşqçi harada desə, orada da oynayacam”.

Qeyd edək ki, 26 yaşlı futbolçu yayda “Neftçi” ilə müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər “ağ-qaralar”a məxsus olacaq.

Xəbər xətti