Türkiyə kubokunda püşk atıldı: Dadaşovun komandasının rəqibi bəlli oldu

18:32 - 22 Yanvar 2024

Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Başakşəhər"lə üz-üzə gələcək.

Qeyd edək ki, İstanbul təmsilçisi bundan əvvəlki mərhələdə Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor"u mübarizədən kənarlaşdırmışdı. 

Kubokun əsas favoritləri olan "Qalatasaray" "Bandırmaspor"u, "Fənərbaxça" isə "Qaziantep"i sınağa çəkəcək. 

Türkiyə kuboku
1/8 final mərhələsi

"Sivasspor" - "Konyaspor"
"Başakşəhər" - "Hatayspor"
"Gənclərbirliyi" - "Trabzonspor"
"Antalyaspor" - "Beşiktaş"
"Fatih Karagümrük" - "Samsunspor"
"Ankaragücü" - "24 Erzincanspor"
"Qalatasaray" - "Bandırmaspor"
"Qaziantep" - "Fənərbaxça"

Xəbər xətti