“Qarabağ”ın futbolçusu Leandro Andrade "Rubin"ə keçməyəcək.
Sportal.az xəbər verir ki, kabo-verdeli futbolçunun adı bir müddətdir Kazan klubu yanaşı hallanır.
Lakin Ağdam klubunun baş direktoru Asif Əsgərov Rusiya mətbuatına açıqlamasında bunu təkzib edib. O, Leandro üçün Kazan klubundan təklif gəlmədiyini söyləyib:
“Rubin”dən Leandro Andrade üçün heç bir rəsmi təklif almamışıq. Yalnız “Şanxay Şenxua” 1, 5 milyon avrodan çox pul təklif edib".
Qeyd edək ki, Andradenin müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi