“Lion”da icarə əsasında çıxış edən “Çelsi”nin yarımmüdafiəçisi Dieqo Moreyra yenidən London klubuna qayıdıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu artıq “Çelsi”nin düşərgəsindədir.
Onun “zadəganlar”ın heyətində qalıb-qalmayacağı hələ ki, dəqiq deyil. “Çelsi”nin onu Premyer Liqa klublarından birinə icarəyə verəcəyi gözlənilir.
Futbolçunun xidmətində bir çox komanda maraqlıdır. “Benfika”nın sabiq futbolçusu 2023-cü ildə azad agent kimi “Çelsi”yə keçib.
saytlarin hazirlanmasi