"Atalanta"nın icraçı direktoru Luka Perkassi komandasının Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqiblərindən danışarkən “Qarabağ”la qarşılaşma ehtimalına toxunub.
Sportal.az xəbər verir ki, “Corriere Bergamo”ya danışan Berqamo klubunun rəsmisi bunları deyib:
"Məndən olsaydı, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, Çexiyanın "Sparta" klubu. Uzaq Azərbaycandan "Qarabağ"la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdır".
"Atalanta" Avropa Liqasında 1/8 final mərhələsində rəqibini gözləyir. “Qarabağ” isə fevralın 15-i və 22-də “Braqa” ilə pley-off matçlarına çıxacaq.
saytlarin hazirlanmasi