“Qarabağ”la adı hallanan Kadi Borges “Krasnodar”da qalacaq.
Sportal.az xəbər verir ki, bu barədə braziliyalının meneceri Helsio Alisk məlumat verib.
Rusiya mətbuatına danışan braziliyalı bununla da, Borgesin “Qarabağ”a qayıdacağı ilə bağlı söz-söhbətlərə son qoyub:
“Kadi “Krasnodar”ı tərk etməyəcək. O, komandada qalacaq”.
27 yaşlı futbolçu 2023-cü il yanvarın 14-də “Krasnodar”a keçib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi