"Neftçi"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Sportal.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Kilan Lebon və Azər Əliyevin zədəsi ciddi deyil. Ölkə çempionatının 19-cu turunun "Sabah"la görüşündə meydana çıxmayan hər iki futbolçu sabahdan kollektivlə məşqlərə qoşulacaq.
Həm Azər, həm də Lebon növbəti tura qədər tam hazır olacaq.
Qeyd edək ki, “Neftçi” yanvarın 28-də “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma “Neftçi Arena”da keçiriləcək və görüşə 17:30-da start veriləcək.
saytlarin hazirlanmasi