Argentina millisinin sabiq futbolçusu Ever Baneqa “Əl-Şabab”dan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
35 yaşlı futbolçunun yeni komandası da bəlli olub. O, “Nyuells Old Boyz”la anlaşıb.
Baneqa “Boka Xuniors”, “Valensiya”, “Atletiko”(Madrid), “Sevilya”, “İnter” klublarında çıxış edib. O, 2014-cü ildə “Nyuells Old Boyz”un formasını geyinib.
saytlarin hazirlanmasi