“Milan”ın yarımmüdafiəçisi Luka Romero komandanı tərk edib.
Sportal.az xəbər verir ki, o, “Almeriya”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya klubu 19 yaşlı argentinalı futbolçunu sonradan satın alma hüququ olmadan 2024-cü il iyunun 30-dək icarəyə götürüb.
Bu mövsüm Romero "Milan"ın heyətində 5 oyun keçirsə də, effektli olmayıb.
O, "Malyorka", "Latsio" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi