"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino hesab edir ki, komandası İngiltərə Liqa Kubokunun finalına çıxmaq hüququ qazanmalıdır.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan argentinalı mütəxəssis məsələ haqda bu cür danışıb:
"Mən çox motivasiyalıyam və futbolçularıma “Uembli”də finalda oynamağın gözəl olduğunu inandırmağa çalışıram. Bəzi oyunçularımızın bu təcrübəsi var və biz bundan istifadə etməliyik. Biz özümüzə inanmalı və finala çıxmaq hüququ qazanmalıyıq. Bu gün diqqətimizi cəmləməli və əlimizdən gələni etməliyik. Biz hazırıq və indi finala çıxmağa layiq olduğumuzu göstərməliyik”.
Xatırladaq ki, yanvarın 23-də “Çelsi” və “Midlsbro” komandaları arasında turnirin 1/2 final mərhələsinin cavab oyunu keçiriləcək. İlk görüşdə “Midlsboro” 10 qalib gəlib.