Azərbaycan milli komandasının daha bir üzvü “Kocaelispor”a keçə bilərmiş.
Sportal.az xəbər verir ki, Ramil Şeydayevi bir müddət əvvəl heyətinə qatan İzmit təmsilçisi Mahir Emrelinin də transferində maraqlı olub.
Əldə etdiyimiz məlumata əsasən, “Kocaelispor” Xorvatiyanın “Dinamo”nun (Zaqreb) forvardı Mahir Emreliyə ciddi məbləğ təklif edərək heyətinə qatmağı planlaşdırıb.
Lakin 26 yaşlı forvard Türkiyə I Liqa təmsilçisindən imtina edib. O, aşağı liqada oynamaq istəməyib.