"İnter"in hücumçusu Lautaro Martinez bütün yarışları nəzərə alsaq, Milan klubunun heyətində qolların sayını 123-ə çatdırıb.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, argentinalı bununla da Kristian Vyeriyə çatıb.
Hazırda klub tarixində cəmi 8 futbolçu onlardan daha çox qol vurub.
Xatırladaq ki, argentinalı futbolçu 2018-ci ildən “İnter”də çıxış edir. Bu mövsüm hücumçu "nerazzura"nın heyətində bütün rəsmi turnirlərdə 26 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Kristian Vieri isə 1999-2005-ci illərdə "İnter"də çıxış edib və "neradzurri" ilə İtaliya kubokunu qazanıb.