"Real" Eder Militaonu başqa komandaya buraxmayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kral klubu" braziliyalınınn müqavilə müddətini artırıb.
Yeni müqaviləyə əsasən Militao 2028-ci il iyunun 30-na qədər "Real"a məxsus olacaq.
26 yaşlı futbolçu "Sao Paolo", "Porto"da oynadıqdan sonra 2019-cu ildə İspaniya nəhəngi ilə anlaşıb.
Qeyd edək ki, o, bu mövsüm cəmi 1 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi