Türkiyə Super Liqasında 22-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" "Beşiktaş"ın qonağı olub.
Matç 0:0 hesabı ilə başa çatıb. Məhəmmədəliyev 90 dəqiqə meydanda olub. O, statistikaya əsasən matç ərzində altı seyv edərək, komandasını real qol təhlükəsindən xilas edib.
"Adana Dəmirspor" 22 tura 31 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi