"Qarabağ"ın legioneri məşqlərə nə vaxt qoşulacaq?

10:47 - 24 Yanvar 2024

"Qarabağ"ın aparıcı futbolçusu Marko Yankoviçin durumuna aydınlıq gəlib. Ağdam klubunun son məşqlərinin birində qolundan zədələnmiş monteneqrolunun kollektivlə nə zaman məşqlərə başlayacağı da bəlli olub.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sportal.az saytına verdiyi məlumata görə, Yankoviç hazırda fərdi məşqlərlə kifayətlənir:

"Bəli, Marko fərdi məşq edir. Onu ikili mübarizələrdən qorumaq üçün komanda ilə məşq etməməsinə qərar verilib. Amma təxminən bir həftədən sonra kollektivlə də məşqlərə başlayacaq".

Qeyd edək ki, 28 yaşlı futbolçu zədə səbəbindən Premyer Liqanın 19-cu turunun "Araz-Naxçıvan"la(3:1) görüşündə meydana çıxmamışdı.
 

Xəbər xətti