Türkiyə Superliqasının 22-ci turunda keçirilmiş “Beşiktaş” - "Adana Demirspor” matçında Adana klubunun azərbaycanlı qapıçısı Şahruddin Məhəmmədəliyev 6 seyvlə yadda qalıb.
Sportal.az xəbər verir ki, buna əsasən görüşdəki futbolçular arasında ən yüksək qiymətini məhz azərbaycanlı qolkiper alıb.
"Sofascore" portalı Azərbaycan millisinin futbolçusuna 8,1 bal verib.
Bu isə matçdakı ən yaxşı göstəricidir. Xatırladaq ki, Məhəmmədəliyev oyuna start heyətində çıxıb və bütün oyunu meydanda olub.