Türkiyənin birinci liqa klubu "Boluspor" Eddi İsrafilovu transfer etmək istəyib.
Sportal.az saytına verilən məlumata görə, Türkiyə klubu Azərbaycan millisinin üzvü üçün hərəkətə keçib. Onun üçün rəsmi təklif də göndərib. Lakin İsrafilovun istədiyi maaşdan sonra "Boluspor" geri çəkilib. Belədə, transfer reallaşmayıb. Eddinin "Neftçi" ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Türkiyə klubu qış "transfer pəncərəsi" zamanı Vüsal İsgəndərlini heyətinə qatıb.