"Qarabağ"ın tanışı ispanla anlaşdı

14:18 - 24 Yanvar 2024

"Bayer" "Betis"in hücumçusu Borxa İqlesiası icarəyə götürməyi planlaşdırır.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı mövsümün sonuna qədər Leverkuzen klubunda oynayacaq.

Yayda isə Leverkuzen klubu 31 yaşlı hücumçu 8 milyon avroya transfer edə biləcək.

Almaniya təmsilçisinin baş məşqçisi Xabi Alonso Borxanı israrla sərəncamında görmək istəyir. 

Qeyd edək ki, "Bayer" bu mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. ALmanlar Viktor Bonifasenin zədələnməsindən sonra Borxanı icarəyə götürüb.
 

Xəbər xətti