Məşhur hücumçu Coşqun Diniyevin komandasında işləyəcək

10:59 - 25 Yanvar 2024

Fransa milli komandasının sabiq futbolçusu Nikolya Anelka Türkiyədə işləyəcək.

Sportal.az xəbər verir ki, veteran hücumçu I Liqada mübarizə aparan "Ümraniyespor"un baş direktoru olacaq. Bu barədə "NTV Spor" məlumat yayıb.

Anelka İstanbula gedib rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev "Ümraniyespor"da çıxış edir.

Xəbər xətti