"Beşiktaş"ın baş məşqçisindən Abubakar qərarı

13:25 - 25 Yanvar 2024

"Beşiktaş"ın baş məşqçisi Fernando Santos əsas komandadan uzaqlaşdırılan Vensan Abubakarla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 32 yaşlı forvardı komandaya qaytaracaq. Kamerunlu hücumçu Afrika Millətlər Kubokundan qayıtdıqdan sonra kollektivlə birlikdə olacaq.

Qeyd edək ki, Vensan Abubakar "Beşiktaş" rəhbərliyinin qərarı ilə əsas komandadan qovulub. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti