Azərbaycana qayıdacağı iddia edilən futbolçu: "Mövsümün sonuna qədər burada qalacam"

17:17 - 25 Yanvar 2024

Macarıstan mətbuatı "Uypeşt"in futbolçusu Matiya Lyuyiçin karyerasını yenidən Azərbaycanda davam etdirəcəyini iddia edib.

Serbiyalı futbolçu isə Sportal.az saytına bununla bağlı açıqlama verib. Lyuyiç Macarıstanı tərk etməyi planlaşdırmadığını bildirib:

"Azərbaycana qayıtmağım alınmayacaq. Mən mövsümün sonuna qədər “Uypeşt”də qalacam".

Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm “Uypeşt”dən ayrılaraq icarə əsasında “Səbail”ə keçmişdi.

Lyuyiç karyerası ərzində “Rad”, “Jalqris”, “Vellinqton”, “Belenenseş”, “Bney Yehuda”, “Kanvon”, “Hapoel Hayfa” komandalarında çıxış edib.

Mirbağırağa
 

Xəbər xətti