"Roma" iranlı forvardı geri qaytarmayacaq

17:34 - 25 Yanvar 2024

"Roma"ya bir mövsümlük icarəyə verilmiş "Bayer"in (Leverkuzen) hücumçusu Serdar Azmun ən azı bu mövsümün sonuna qədər Romada qalacaq. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Roma klubunun rəhbərliyi və xüsusən də komandanın baş məşqçisi Daniele De Rossi 29 yaşlı forvardın geri qaytarılmasını istəmir.

"Canavarlar"ın çalışdırıcısı iranlı hücumçunu komandanın önəmli oyunçularından biri hesab edir. İtaliya klubunun digər hücumçu Andrea Belotti ilə yollarını ayırmağa hazır olduğu qeyd edilir. Bu mövsüm Azmun "Roma"nın heyətində bütün turnirlərdə 15 oyun keçirib, bir qol vurub, bir məhsuldar ötürmə edib. Futbolçunun “Bayer”lə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. 
 

Xəbər xətti