"İnter"in yarımmüdafiəçi Stefano Sensinin "Lester"ə keçidi baş tuta bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Enzo Mareska italiyalınının xidmətində maraqlıdır.
O, futbolçunu komandanı gücləndirəcəyinə inanır və İngiltərə Premyer Liqasına qayıtmaq uğrunda mübarizədə onun köməyinə ümid edir.
Stefano Sensi İtaliya millisinin futbolçusudur. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda "İnter"in heyətində 4 oyunda 65 dəqiqə meydanda olub.
Xatırladaq ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci yeri tutan "Lester" Çempionşipə yuvarlanıb. Hazırda "tülkülər" birinci pillədədir.
Sensi "Çezena", "San-Marino", "Sassuola", "Sampdoriya" və "Montsa"da çıxış edib.
saytlarin hazirlanmasi