Tanınmış məşqçi: "ÇL-in favoritləri "Real" və "Mançester Siti"di"

21:37 - 25 Yanvar 2024

İtaliya və İngiltərə millisinin sabiq baş məşqçisi Fabio Kapello bu mövsüm Çempionlar Liqasının favoritlərini açıqlayıb. 

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynenin çıxışına da heyran olduğunu bildirib.

"Əgər favoritlərdən danışırqsa, onlardan ikisinin adını çəkə bilərəm. Təbii ki, bunlar “Mançester Siti” və “Real”dır. "Şəhərlilər"in lideri Kevin De Bruyne geri qayıdıb. O, həmişə fərq yaradan oyunçudur. Niyə mən belçikalını xüsusi qeyd edirəm? Erlinq Haaland müntəzəm olaraq qol vurduğu üçün "Mançester Siti"yə əhəmiyyətli dərəcədə təsir edir. Amma De Bruyne ən çətin anda fövqəladə nəsə fikirləşə bilən və çətin vəziyyətdən çıxış yolu tapa bilən oyunçudur".

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” “Kopenhagen”, "Real" isə “Leyptsiq”lə mübarizə aparacaq. Əlavə edək ki, 77 yaşlı mütəxəssis "Milan", "Real", "Roma", "Yuventus", "Tsyansu Sunin" klubları ilə yanaşı, İngiltərə və Rusiya yığmasını da çalışdırıb.

Xəbər xətti