Azərbaycanın U-21 yığmasının sabiq üzvü, uzun illərdir Polşada çıxış edən Ricat Qarayev Sportal.az saytına açıqlama verib.
Hazırda "Flota"nın üzvü olan Qarayev Polşadakı durumundan və Rahil Məmmədovun "LKS Lodz"a keçidindən danışıb:
"Polşadakı işlərim yaxşı gedir. Əsasən dözümlülük məşqlərinə davam edirik. Bu il liqada üst pillələrdə olmadıq. Amma gələn ildən hədəf yuxarı liqaya qalxmaqdır. İnanıram ki, hər şey yaxşı alınacaq. Rahilin Polşa klubuna transferindən təbii ki, xəbərdaram. İlk növbədə ona uğurlar arzulayıram. Ölkə xaricində futbolçularımızın sayının artması Azərbaycan millisinə də xeyir verəcək. Məncə, Rahil üçün yaxşı seçimdir . Polşa çempionatı olduqca maraqlıdır. Oyunlar da gərgin keçir. Rahillə danışmamışıq. Bilidiyim qədərilə "LKS Lodz" heyətini gücləndirir və düşünürəm ki, bu yaxın zamanda onları üst pillələrdə görəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi