"Barselona"nın prezidenti Joan Laporta komandasının İspaniya Primerosundakı ambisiyalarından danışıb.
Sportal.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan klub rəhbəri Kataloniya təmsilçisinin çempionluğuna inanır:
"İnanıram ki, biz La Liqada qalib gəlməyə davam edəcəyik. Çox çətin olacaq, amma mən buna inanıram. Mən həmişə Xavi ilə razılaşıram, əminəm ki, "Barsa" mövsümün ikinci hissəsində böyük uğurlar qazanacaq. La Liqada qalib gəlmək üçün hər matçda xal qazanmağa hazır olacağıq".
Xatırladaq ki, "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Xavinin komandası 20 turdan sonra 44 xal toplayıb.
saytlarin hazirlanmasi