Belarusun "Qomel" klubunun qapıçısı Aleksandr Neçaev "Sabah"da çıxış etdiyi dönəmi xatırlayıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən belaruslu qolkiper Azərbaycan və Belarus liqalarını da müqayisə edib:
"Sabah"a transferim gözlənilmədən baş verdi. Tanıdığım agent zəng edib konkret təklifl irəli sürdü. İlk dəfə idi ki, bununla qarşılaşırdım: təklif və müqavilə hazır idi. Mənə sadəcə əvvəlki müqaviləni pozmaq və “Sabah”ın təlim-məşq toplanışına yollanmaq qalırdı. Gözəl hekayə alındı. Üstəlik, komandaya RPL standartlarında ciddi mütəxəssis, “Krasnodar”ı avrokuboklara çıxaran Murad Musayev rəhbərlik edirdi. Mən ora getmək istəyirdim. Bəs ora necə idi... Çətinliklər o idi ki, əcnəbi oyunçular və gənc oyunçular üçün kompleks limit var idi. Mövsümün ilk hissəsində baş məşqçi ilə danışdıq və Murad Oleqoviç izah etdi ki, klubun qarşısında tapşırıqlar var və o əsas heyətdəki gəncin qapıçı olacağını gördüyün dedi. Mövsümün ikinci hissəsində nəyin alınmadığını bilmirəm, deyə bilərəm ki, əlimdən gələni etdim. Bilirəm ki, oradakı uşaqlardan daha yaxşı görünürdüm. Amma alınmadı. Yəqin ki, belə də olmalı idi. Bu keçidin baş verdiyinə hələ də şadam. Hələ də əlaqə saxladığımız çoxlu tanışlar var".
Neçayev, Azərbaycan və Belarus liqalarını da müqayis edib: “Azərbaycan və Belarusda futbol nə ilə fərqlənirdi? Azərbaycanda kifayət qədər böyük əcnəbi oyunçu axını var. Fərqli maliyyələşmə var və müvafiq olaraq ora keyfiyyətli əcnəbilər gəlir. Komandamda “Yagelloniya”ya məxsus, lakin vaxtilə “Barselona”da oynayan bir oğlan var idi (söhbət yarımmüdafiəçi Xuan Kamaradan gedir – red.). Belə komandalarda gənc futbolçular daha sürətlə inkişaf edir, irəliləyirlər. Futbola gəlincə, komandalar azdır, amma onların hər birinin öz təməli var: stadion, baza, məşq meydançası, büdcə. Üstəlik digər iqlim şəraiti. Ona görə də orda daha maraqlıdır".
saytlarin hazirlanmasi