"Barselona"nın 16 yaşlı hücumçusu Yamal İspaniya Kral Kubokunda unikal nailiyyətə imza atıb.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun 16 yaşlı vingeri Kral Kubokunun 1/4 finalında "Atletik"ə qol vuraraq, 21-ci əsrdə bu turnirdə qol vurmuş ən gənc oyunçu ünvanına sahib çıxıb.
"Atletik"lə görüşdə start heyətində meydana çıxan Lamin matçın 32-ci dəqiqədə fərqlənib. Bu göstəricidə rekord Xuanmi Ximenezdə idi. O, 2010-cu ildə 16 yaş 238 günlüyündə Kral Kubokunun 1/8 finalında "Xetafe"nin formasında "Malaqa"ya qol vurub.
Qeyd edək ki, "Barselona" Kral Kubokunun 1/4 finalında "Atletik"ə əlavə vaxtda 2:4 hesabı ilə uduzub. Hazırda Yamal 16 yaş 195 günlüyündədir. Bu mövsüm həmin futbolçu 29 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi