Azərbaycan millisinin sabiq üzvü erməni ilə eyni komandada oynayacaq - FOTO

21:21 - 25 Yanvar 2024

Rusiyanın paytaxtı Moskva şəhərində "Əfsanələr kuboku" keçiriləcəyi ilə bağlı xəbər vermişik.

Sportal.az xəbər verir ki, budəfəki turnir əvvəlkidən bir az fərqli olacaq. Məsələ burasındadır ki, bu dəfə milli komandalar deyil, dünya yığması ilə yanaşı turnirdə “Spartak”, ÇSKA, “Lokomotiv” və “Zenit”in veteran futbolçularından ibarət komandaları iştirak edəcək. Artıq komandaların heyəti də bəlli olub.

"Lokomotiv"in əfsanələrinin heyətində Azərbaycan millisinin sabiq üzvü Narvik Sırxayev də yer alıb. 1997-1999-cu illərdə yığmamızda 17 oyun keçirmiş Sırxayev karyerasının son illərində “Olimpik”(Bakı) klubunda da çıxış edib. “Lokomotiv”in “əfsanələr kuboku” üçün açıqlanmış heyətində Sırxayevlə yanaşı, bu klubun və Ermənistan millisin keçmiş hücumçusu Albert Sarkisyan da yer alıb. Sergey Ovçinnikovun baş məşqçisi olacağı kollektivdə Sırxayev və Sarkisyanla yanaşı aşağıdakı futbolçular yer alıb:

Aleksey Polyakov, Dmitriy Sennikov, Vedran Çorluka, Sergey Qurenko, Vladimir Maminov, Aleksey Kosolapov, Ruslan Pimenov, Maksim Buznikin, Yevgeniy Zinovyev

Qeyd edək ki, turnir 9-11 fevral tarixində Rusiyada keçiriləcək. Narvik Sırxayev 2002-2003-cü illərdə “Lokomotiv”də oynayıb.

Mirbağırağa

Xəbər xətti