Mahir Emreli məşqlərə nə vaxt başlayacaq?

15:16 - 26 Yanvar 2024

"Dinamo"nun azərbaycanlı hücumçusu, bu ayın əvvəlində yoldaşlıq oyununda zədələnərək sıradan çıxan Mahir Emreli müalicəsini davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu vaxtından əvvəl məşqlərə qayıda biləcək.

Həkimlərin sözlərinə görə, o, üç həftədən az müddətdə qaçmağa başlayacaq.

Halbuki, əvvəllər Emrelinin 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilirdi.

Xəbər xətti